Abid Şərifov insult keçirib - Vəziyyəti ağırdır

20:38 16.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.

Hafta.az yenisabah-a istinadən xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib.

O, hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.

A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.